Medianews.az
Real Madriddə 3 futbolçu üçün <span style=color:red>"hər şey" və ya "heç nə" mövsümü
171 baxış

Real Madriddə 3 futbolçu üçün "hər şey" və ya "heç nə" mövsümü

Real Madrid 2025/26 mövsümünə Xabi Alonso ilə başlayır. Medianews.az xəbər ki, yeni baş məşqçinin gəlişi bəzi futbolçular üçün daha çox oyun vaxtı qazanmaq baxımından əhəmiyyətli fürsət ola bilər. Bu mənada, Arda Güler, Brahim Díaz və Fran García üçün qarşıdan gələn mövsüm karyeralarını yenidən müəyyənləşdirə biləcək bir mərhələdir. Arda Güler – Yeni Modriç ola bilərmi? Santiago Bernabeu azarkeşlərinin böyük ümid bəslədiyi Arda Güler ötən mövsüm 49 oyuna çıxaraq 6 qol, 11 assistlə yadda qaldı. Mövsümün ikinci yarısında zədələr artdıqca, onun komandadakı rolu da böyüdü, lakin əsasən ehtiyat oyunçular sırasından çıxmadı. Arda Güler əsasən sağ cinahda oynasa da, oyun qurmaq bacarığı onu orta sahədə, Modriçə bənzər mövqedə sınamağı mümkün edir. Xabi Alonsonun idarəsində bu rola uyğunlaşdırılması, oyunun tempini dəyişə bilən əsas oyunçulardan birinə çevrilməsinə yol aça bilər. Brahim Diaz – Şans ya son fürsət? Keçən mövsüm 56 oyunda 6 qol, 8 assistlə çıxış edən Brahim Diaz da əsas heyətə düşmək uğrunda mübarizə aparacaq. Mbappe və Vinicius Jr. kimi hücumçuların varlığı, eləcə də Endrick və Gonzalo kimi gənclərin də heyətdə olması onun oyun vaxtını azalda bilər. Lakin Xabi Alonsnun əvvəllər əsas futbolçuları kənarda saxlayaraq ehtiyatlara şans verdiyi halları nəzərə alsaq, Diaz üçün də yeni mövsüm həlledici ola bilər.  Fran Qarcia – Yeni sistemin qalibi Sol cinah müdafiəçisi Fran Garcia ötən mövsüm qeyri-sabit çıxış etsə də, son Kulublararası Dünya Çempionatındakı performansı ilə diqqət çəkdi. Alonsonun tətbiq etdiyi üç müdafiəçi və iki cinah yarımmüdafiəçili sistemdə, Franın fiziki hazırlığı və texnikası onun hücum və müdafiədə daha effektiv olmasına şərait yaradır. Klub bu yay Alvaro Carrerası transfer etsə də, Fran Qarcia dünya çempionatındakı performansı sayəsində mövsümə önəmli bir avantajla girir. Bu üç futbolçu üçün qarşıdan gələn mövsüm ya Real Madriddə qalıcı rol qazanmaq, ya da kölgədə qalmaq anlamına gələcək. Xabi Alonsonun rəhbərliyi altında onlar "hər şey" və ya "heç nə" mövsümünün astanasıdırlar. Medianews.az  

Bizə qoşulun