Medianews.az
NASA Ayda atom reaktoru qurmağı <span style=color:red>planlaşdırır
84 baxış

NASA Ayda atom reaktoru qurmağı planlaşdırır

ABŞ Ay səthində atom reaktorunun tikintisini planlaşdırır. ABŞ-ın kosmik agentliyi NASA-nın daxili sənədlərinə əsasən, agentlik 60 gün ərzində sənayedən təkliflər toplamaq niyyətindədir. Medianews.az bildirir ki, xəbəri “Politico” nəşri əldə edib. Məlumata görə, bu addımın əsas səbəbi Çinlə artan rəqabətdir. Planlaşdırılan reaktorun gücü təxminən 100 kilovat olacaq və 2030-cu ilə qədər fəaliyyətə başlamaq məqsədi daşıyır. Müqayisə üçün qeyd edək ki, Yer üzərindəki orta ölçülü atom elektrik stansiyası təxminən 1200 meqavat gücündə olur. Ayda yerləşdiriləcək atom reaktoru gələcək missiyalar üçün sabit enerji təminatı verə bilər. Bu, xüsusilə Ayda təxminən iki həftə davam edən qaranlıq dövrdə Günəş enerjisinin mümkün olmadığı hallarda əhəmiyyət kəsb edir. Medianews.az

Bizə qoşulun