Medianews.az
“Açıq-saçıq rol olduğu üçün həmin filmdə mən yox, Mehriban Xanlarova çəkildi” - <span style=color:red>ÖZƏL/FOTO
1,911 baxış

“Açıq-saçıq rol olduğu üçün həmin filmdə mən yox, Mehriban Xanlarova çəkildi” - ÖZƏL/FOTO

“Bir azərbaycanlı sənətçi olaraq Azərbaycanda kinoya çəkilmək istərdim. Əvvəllər dəvətlər gəlirdi. O zamanlar da “Azərbaycanfilm” kinostudiyasının ən qızğın, işgüzar vaxtları idi. O illərdə “İmtahan”, “Sürəyya”, “Fatma” filmlərində çəkildim. Bu filmlərimi bir çox insanlar görməyib, çünki efirlərdə çox az göstərilib. Məsələn, “Sürəyya” filmimi Rusiyanın mərkəzi kanalı tez-tez nümayiş etdirirdi. Bu mənim çəkildiyim ilk film idi. Rejissoru da Tofiq İsmayılov idi” Bunu Medianews.az-a açıqlamasında Əməkdar İncəsənət Xadimi, aktrisa Məlahət Abbasova deyib. O daha sonra bir neçə filmə dəvət aldığını bildirsə də, sonradan müəyyən səbəblər üzündən çəkilmədiyini deyib: “Şahmar Ələkbərov mənim nənəmin qohumu idi. Məni özünün rejissoru olduğu “Sahilsiz gecə” filminə dəvət etdi. Düzdür, orada bəzi açıq-saçıq sözlər, səhnələr olduğu üçün filmdən imtina etdim. Şahmar müəllimə dedim ki, həmin səhnə çıxsa çəkilərəm. Yeni-yeni məşhurlaşırdım, istəmədim o səhnədə çəkilim. O da dedi ki, mütləq bu səhnələr olmalıdır. Ona görə də həmin rolda mən yox, Mehriban Xanlarova çəkildi. Daha sonralar Türkiyə-Azərbaycan ortaq layihəsi olan “Mahmud və Məryəm” filmində oynadım. Ondan sonra Ramiz Mirzəyev məni “Sübhün səfiri” filmində Tubu xanım roluna dəvət etdi. 2012-ci ildən sonra Azərbaycandan dövlət sifarişli film təklifləri gəlməyib. Bir özəl filmdə çəkilmişəm. Türkiyədə onsuz da mənim vaxtım yoxdur, həm teatrda işlərim hədsiz çoxdur, həm də seriallarda çəkilirəm. Amma əlbəttə ki, öz ölkəmdən dəvət gözləyirəm. Qarabağla bağlı filmlərdə təmənnasız oynamağa hazıram. İnşallah nə vaxt təklif gəlsə sevə-sevə qəbul edərəm. Kino fərqlidir, əbədidir, daha çox insana, ölkəyə xitab edir. Kino vasitəsilə dünya səviyyəsinə çıxmaq olur. Mən bunu Türkiyədə də gördüm. Hətta o illərdə çəkildiyim “Sürəyya” filmindən sonra mənə Orta Asiyadan, Türkmənistandan, Dağıstandan təkliflər gəlmişdi. Çünki filmimiz Rusiyanın ən baxımlı kanallarında göstərilmişdi. Atamın icazəsi olmadığına görə gedə bilmədim. Kamera qarşısında oynamaq çox maraqlıdır. Ümid edirəm ki, yenidən “Azərbaycanfilm” kinostudiyası əvvəlki qüdrətini bərpa edəcək. Bizim vaxtımızda kinostudiya 5 ayda 2-3 film istehsal edirdi”. Əli Əsgər Medianews.az

Bizə qoşulun