Medianews.az
"Atletiko" yarımmüdafiəçisini Braziliya <span style=color:red>klubuna satıb
89 baxış

"Atletiko" yarımmüdafiəçisini Braziliya klubuna satıb

İspaniyanın "Atletiko" klubu yarımmüdafiəçisi Samuel Linonu Braziliya təmsilçisi "Flamenqo"ya satıb. "Report" xəbər verir ki, bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı braziliyalı futbolçu ilə 2029-cu ilə qədər müqavilə imzalanıb. Qeyd edək ki, S.Lino 2024/2025 mövsümündə meydana çıxdığı 47 matçda 4 qola, 8 məhsuldar ötürməyə imza atıb. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər idi. "Transfermarkt" portalı oyunçunun dəyərini 22 milyon avro qiymətləndirir.

Bizə qoşulun