17.07.2025, 09:27
113 baxış
Nailə
Türkiyədə torpaq mübahisəsi qanla bitdi: : 2 nəfər həyatını itirdi
Türkiyədə qohumlar arasında çıxan silahlı mübahisədə 2 nəfər dünyasını dəyişib.
Medianews.az xarici mediaya istinadən bildiri ki, hadisə Türkiyənin Diyarbakır bölgəsinin Kayapınar rayonunun meydana gəlib.
Hadisə torpaq mübahisəsi zəminində baş verib.
Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb edilib.
Atəş nəticəsində 44 yaşlı E.T. və 47 yaşlı A.A.G. hadisə yerində həyatını itirib. Meyitlər məhkəmə-tibbi ekspertizaya aparılıb.
Polis hadisədən sonra qaçan 38 yaşlı N.T.-nin tutulması üçün axtarışları davam etdirir.
Medianews.az