01.07.2025, 09:55
211 baxış
Lamiyə
Bu iki məhsul xərçəngə yol açır - kardioloq danışdı
"Çoxsaylı araşdırmalara görə, şəkər və təmizlənmiş (rafine) unun müntəzəm istehlakı xərçəng xəstəliyinin artması ilə əlaqələndirilir".
Medianews.az xəbər verir ki, bunu kardioloq Aurelio Rojas deyib.
Mütəxəssisin sözlərinə görə, bu iki məhsul həm də ürək-damar patologiyalarının, piylənmənin və şəkərli diabetin inkişafına səbəb olur.
Əsasən ultra işlənmiş qidalarda olan şəkər və rafine un qanda qlükoza səviyyəsinin kəskin artmasına səbəb olur, mədəaltı vəzi dərhal insulin ifraz etməklə buna cavab verir və bu, davamlı olaraq baş verərsə, metabolik sistem köhnəlir.
Medianews.az
Paylaş: