Türkiyənin məşhur müğənnisi Edis Bakıda konsert verəcək
Medianews.az xəbər verir ki, müğənni azərbaycanlı pərəstişkarlarının onun üçün xüsusi yer tutduğunu bildirib.
Sənətçi azərbaycanlı fanatlarını digər ölkələrdəki pərəstişkarlarından fərqləndirən xüsusiyyətdən danışarkən deyib ki, Bakıda verdiyi konsertlərdən biri karyerasının ən unudulmaz çıxışlarından olub.
"Həyatımın ən önəmli konsertlərindən birini burada vermişəm. Crystal Hall-da keçirdiyim konsert mənim üçün hələ də unudulmazdır. Ümid edirəm ki, yenidən belə bir konsert təşkil edəcəyik. Orada qurulan bağ və o xüsusi gecəni birlikdə yaşamağımız mənim üçün hər zaman fərqli məna daşıyır", – deyə Edis bildirib.
Müğənni əlavə edib ki, Azərbaycan tamaşaçısının sevgisi ona daha səmimi görünür:
"Azərbaycanda hər zaman özümü qarşı fərqli sevgi hiss edirəm. Doğrudan da, bu ölkənin insanları möhtəşəmdir".
Qeyd edək ki, o bu gün "Dream Fest 2026" festivalında əsas müğənni kimi səhnəyə çıxacaq.// Qaynarinfo