Sağlam həyat tərzi xərçəng xəstəliyinin yaranma riskini azaltmağa kömək edə bilər.
Medianews.az xəbər verir ki, bunu onkoloq Andrey Kaprin deyib.
Onun sözlərinə görə, xərçəngin profilaktikasında əsas amillər zərərli vərdişlərdən imtina etmək, normal çəki saxlamaq, fiziki aktiv olmaq və mütəmadi tibbi müayinələrdən keçməkdir.
Mütəxəssis qeyd edib ki, xəstəliyin yaranma riskini tamamilə sıfırlamaq mümkün deyil, lakin onu əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.
Medianews.az