Medianews.az
Çuğundur damar problemlərini həll etmir -
93 baxış

Çuğundur damar problemlərini həll etmir - açıqlama

Diyetoloq Ana Marqarida Pinto damarları “təmizlədiyi” deyilən bəzi məhsullarla bağlı yayılmış fikirlərin yanlış olduğunu bildirib.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, çuğundur, acı şokolad və zeytun yağının damarları tam yenilədiyi barədə elmi sübut yoxdur. Heç bir qida məhsulunun yaranmış aterosklerotik lövhələri əridə bilmədiyi qeyd olunub.

Bununla belə, həkim bildirib ki, bu məhsullar sağlam qidalanmanın bir hissəsi kimi ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edə bilər. Xüsusilə zeytun yağı Aralıq dənizi pəhrizinin əsas komponentlərindən biri hesab olunur.

Pinto vurğulayıb ki, damar sağlamlığı tək bir məhsuldan deyil, ümumi qidalanma tərzindən asılıdır.

Medianews.az

Bizə qoşulun