İngiltərənin "Çelsi" klubu "Kristal Pelas"ın müdafiəçisi Maksens Lakruanın transferini yekunlaşdırmağa yaxındır.
Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, 26 yaşlı fransalı futbolçu sabah tibbi müayinədən keçəcək. Bundan sonra transferin rəsmiləşdirilməsi gözlənilir.
Bildirilib ki, "zadəganlar" bu keçid üçün "Kristal Pelas"a 52 milyon funt sterlinq ödəyəcək. Lakrua London təmsilçisi ilə 2032-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq.
Qeyd edək ki, Maksens Lakrua 2024-cü ilin yayında Almaniyanın "Volfsburq" klubundan "Kristal Pelas"a keçib. O, ötən mövsüm bütün turnirlərdə 55 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib./"Report"