Çin Milli Rəsədxanası bu il sayca 12-ci olan "Noul" qasırğası ilə əlaqədar dördpilləli sistemdə təhlükə dərəcəsinə görə ikinci olan narıncı təhlükə səviyyəsini elan edib.
Bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
"Noul" qasırğasının mərkəzi Maniladan (Filippin) təxminən 560 km şimal-şərqdə yerləşirdi. O, saatda 25-30 km sürətlə qərb - şimal-şərq istiqamətində hərəkət edəcək. Bununla əlaqədar şənbə günü səhər saatlarına qədər Tayvan adasının şərq və cənub sahillərinin bəzi rayonlarında güclü yağışlar gözlənilir.
Şənbə günündən bazar gününə keçən gecə və bazar günü səhər saatlarına qədər qasırğanın Çinin cənubundakı Quandun əyalətində yerləşən Çjuxaydan Futszyan əyalətindəki Çjanpuyadək olan sahillərə çatacağı ehtimal olunur./"Report"