Medianews.az
Masallıda itkin düşən məktəbli qız <span style=color:red>Cəlilabadda tapıldı
133 baxış

Masallıda itkin düşən məktəbli qız Cəlilabadda tapıldı

Masallıda itkin düşən 15 yaşlı qız 5 gün sonra tapılıb. Oxu.Az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 2011-ci il təvəllüdlü Xatirə Nurlan qızı Əhmədovanın Cəlilabad şəhəri ərazisində olduğu yer müəyyən edilib və tapılaraq ailəsinə təhvil verilib. Xatırladaq ki, Masallı şəhəri, Dadva küçəsində yaşayan 2011-ci il təvəllüdlü Xatirə Nurlan qızı Əhmədova iyunun 19-da axşam saatlarında yaşadığı evdən çıxıb naməlum istiqamətə gedib. Onun yaxınlarının müraciətindən sonra Masallı Rayon Polis Şöbəsinin əməkdaşları araşdırmalara başlayıblar.

Bizə qoşulun