Medianews.az
Qaxın icra başçısı Musa Şəkiliyevin <span style=color:red>DOSYESİ
730 baxış

Qaxın icra başçısı Musa Şəkiliyevin DOSYESİ

Bu gün Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin həbs olunduğu haqda xəbər yayılıb. Medianews.az bildirir ki, Şəkiliyev Musa Şaban oğlu 1959-cu ildə Qax rayonunda anadan olub. 1976-cı ildə Qax şəhər 1 saylı orta məktəbi bitirib, Rostov Vilayətinin Novoçerkassk şəhərindəki Novoçerkassk Mühəndis-Meliorasiya institutuna daxil olub və 1981-ci ildə meşə təsərrüfatı mühəndisi ixtisası alaraq institutu bitirib. Musa Şəkiliyev əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası kimi başlayıb. O, 1981-1986-cı illərdə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası və meşəbəyi, 1986-1987-ci illərdə Qax Rayon XDS İcraiyyə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987-1989-cu illərdə İlisu Dövlət Qoruğunun direktoru, 1989-2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002-2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Departamentində direktor müavini vəzifələrində işləyib. Musa Şəkiliyev 2010-cu il aprelin 12-də Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var. Medianews.az

Bizə qoşulun