Medianews.az
Mənzildə yaşadın, ya yaşamadın işıq, qaz pulu verilməsi – <span style=color:red>Qanun nə deyir?  
178 baxış

Mənzildə yaşadın, ya yaşamadın işıq, qaz pulu verilməsi – Qanun nə deyir?  

Azərbaycanda elektrik və qaz təchizatı üçün fiksasiya olunmuş tariflərin tətbiqinə başlanacaq. İqtisadçı ekspert İlham Şaban Medianews.az-a açıqlamasında deyib ki, əslində kütləvi istehlakçıların bir xeyli hissəsi üçün bu məsələ bir yenilik deyil: “Çünki XXI əsr bismillah edəndən, Bakıda yeni tikililər gündəmə gələndən "sən mənzildə yaşadın, ya yaşamadın" onun təsərrüfat xərclərini ödəyirsən. Soruşa bilərsiniz ki, bəs bu işıq-qazın puluna yeni baxış niyə indi gündəmə gəlir, əvvəllər tətbiq etməyiblər axı... Bunun qısa cavabı belədir: ölkənin elektrik təsərrüfatının 2028-ci il daxil olmaqla bazar relsləri üzərinə keçidi "Elektroenergetika haqqında" qanunla nəzərdə tutulub və bu addımlar mərhələli şəkildə həyata keçiriləcək ki, daha bu sahədə dövlət tənzimlənməsinə ehtiyac qalmasın. Qaz sektorunun tam şəkildə bazar iqtisadiyyatına keçidi hələ gündəmdə deyil, amma dövlətin yükünün azaldılması yönümündə addımlar atılır. Mənim fikrimcə, çox güman ki, 2009-cu ilin iyulundan SOCAR-ın çətiri altına verilmiş "Azəriqaz" kimi paylayıcı qurumun ayrılmasına hazırlıq gedir. Mümkündür ki, ölkədə gələcəkdə bir neçə paylayıcı şirkət olsun. "Azərişıq" 100% yeganə paylayıcı şirkət olmayacaq, onlardan biri olacaq - hər halda qanun belə deyir”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun