Medianews.az
Cəlilabadda maşın kanala aşdı, <span style=color:red>5 yaralı var
109 baxış

Cəlilabadda maşın kanala aşdı, 5 yaralı var

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb. Medianews.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Uzuntəpə-Günəşli yolunda qeydə alınıb. "Ford" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı kanala aşıb. Əraziyə FHN-in xilasediciləri cəlb olunub. Maşında olan 6 nəfərdən (4 qadın, 2 kişi) 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar. Onlardan 3-ü ambulator müalicə üçün evə buraxılıb. İki nəfərin müalicəsi xəstəxanada davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun