Medianews.az
Boşanma statistikasında <span style=color:red>nələr var?
162 baxış

Boşanma statistikasında nələr var?

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda 4765 boşanma qeydə alınıb. Bu, 2024-cü ilin ilk rübünə nəzərən 5 faiz azdır. 2025-ci il aprelin 1-nə ölkədə hər 1000 nəfərə 1,9 boşanma düşüb. Bakıda və paytaxtın Səbail rayonunda 1000 nəfərə 2,6 boşanma rəsmiləşib, bəzi rayonların göstəricisi bundan yüksək olub: Yasamal - 3,9, Xətai və Qaradağ - 3,2, Suraxanı - 3, Binəqədi və Nərimanov - 2,7. Nəsimi rayonunda 1000 nəfərə 2,2 boşanma sənədləşib. Naftalanda 1000 nəfərə 5,6, Xankəndidə 3,7, Xocalıda 3,4, Daşkəsəndə 2,7, Xocavənd və Şuşada 2,6, Göygöldə 2,5, Kəngərli, Ağdam, Mingəçevir, Ağdaş və Zərdabda 2,4, Siyəzən və Zəngilanda 2,3, Naxçıvan şəhərində, Goranboy, Yevlax, Cəbrayıl və Kəlbəcərdə 2,2, Samuxda 2,1, Gəncədə 2 boşanma düşdüyü qeyd olunur. Medianews.az bildirir ki, dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildən sonra boşanmada ən ağır göstəricilər 2023 və 2024-cü illərdə qeydə alınıb: 1000 nəfərə 2,1 boşanma. Bu, 1941-ci ildən sonra ən yüksək rəqəm olub. Rəsmi əhali hesabatına görə, sovet dövrünə düşən 1935-ci ildə Azərbaycanda 1000 nəfərə 4,9 boşanma qeydə alınıb. 1936-cı ildə göstərici 3,8-ə, 1937-ci ildə 2,7-yə enib, 1938 və 1939-cu illərdə 3-ə, 1940-cı ildə 3,1-ə yüksəlib, 1941-ci ildə 2,3 olub. Sovet dövrünün qalan illərində ən yüksək göstərici 1943-cü ilə düşüb – 1000 nəfərə 2 boşanma. Toğrul Əli, Medianews.az

Bizə qoşulun