03.06.2025, 07:35
85 baxış
Nailə
Qrizmanın "Atletiko Madrid"dəki taleyinə aydınlıq gəldi
Fransalı futbolçu Antuan Qrizman "Atletiko Madrid"lə yeni müqavilə imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə İspaniya futbol klubunun rəsmi saytı məlumat yayıb.
34 yaşlı hücumçu ilə müqavilə 2027-ci il iyunun 30-dək qüvvədə olacaq.
Qeyd edək ki, Qrizman 2014-cü ildən "Atletiko Madrid"in heyətində çıxış edir. O, 2019-2021-ci illərdə "Barselona"nın şərəfini qoruyub.
Fransalı hücumçu 442 matçda 197 qol vuraraq klub rekordu müəyyənləşdirib.