29.05.2025, 11:56
127 baxış
Azad
Boşanma: Naftalan birinci, Lerik sonuncu
2025-ci ilin ilk rübündə Azərbaycanda hər 1000 nəfərə 1,9 boşanma düşüb.
Medianews.az bildirir ki, 1000 nəfərə boşanmada ən ağır göstərici Naftalan şəhərində qeydə alınıb: 5,6.
Lerikdə isə 1000 nəfərə 0,3 boşanma sənədləşib.
Bakıda 1000 nəfərə boşanma göstəricisi 2,6 olub. Dövlət Statistika Komitəsinin hesabatına görə, paytaxtın 6 rayonunda daha yüksək rəqəmlər rəsmiləşib: Yasamal rayonunda 3,9, Xətai və Qaradağ rayonlarında 3,2, Suraxanı rayonunda 3, Binəqədi və Nərimanov rayonlarında 2,7.
Pirallahı rayonu 1000 nəfərə 0,6 boşanma ilə son sırada yer alıb.
Toğrul Əli,
Medianews.az