Medianews.az
TƏCİLİ: Netanyahunun korteji qəzaya uğradı - <span style=color:red>FOTO - YENİLƏNİB
418 baxış

TƏCİLİ: Netanyahunun korteji qəzaya uğradı - FOTO - YENİLƏNİB

İsrailin baş naziri Benyamin Netanyahunun korteji qəzaya uğrayıb. Medianews.az xəbər verir ki, hadisə aprelin 29-u axşam Qüdsdə – baş nazirin qərargahının yaxınlığında baş verib. İlkin məlumata görə, kortejdəki avtomobillərdən biri motosikllə toqquşub. Motosiklçinin 17 yaşlı gənc olduğu, yüngül xəsarətlə xəstəxanaya çatdırıldığı deyilir. İlk xəbərlərdə o da bildirilir ki, qəza vaxtı Netanyahu kortejdə olub. Amma onun motsikllə toqquşan avtomobildə yox, digər avtomobildə olduğu, baş nazirin oturduğu avtomobilin zədələnmədiyi, Netanyahunun xəsarət almadığı vurğulanır. Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik. [gallery columns="1" size="full" link="file" ids="819433,819434,819432,819468"]   Medianews.az

Bizə qoşulun