27.04.2025, 15:15
125 baxış
Azad
Samuxda ağır yol qəzası - FOTO
Samuxda iki avtomobil toqquşub, ən azı altı nəfər xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Samux avtomobil yolunun Samux rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Yol qəzası nəticəsində Daşkəsən rayon sakini, 1972-ci il təvəllüdlü Tahir Sadıqov, Samux rayon sakini, 1989-cu il təvəllüdlü Rəşad Əliyev, 1961-ci il təvəllüdlü C.Əliyev, 1990-cı il təvəllüdlü G.Əliyeva, 2015-ci il təvəllüdlü N.Əliyev xəsarət alıblar.
Onların vəziyyətləri kafi qiymətləndirilir. Zərərçəkənlər Samux Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.