Medianews.az
Bred Pittlə Tom Kruz gənc aktrisaya görə savaşır -<span style=color:red> FOTO
143 baxış

Bred Pittlə Tom Kruz gənc aktrisaya görə savaşır - FOTO

"Oskar" kino mükafatının təqdimatından sonra Hollivudun iki ulduz aktyoru - Tom Kruz və Bred Pitt diqqət mərkəzində olan aktrisa ilə işləmək üçün mübarizəyə başlayıb. Medianews.az xəbər verir ki, "Anora" kino dramında ifa etdiyi əsas rola görə "Oskar"a layiq görülən Hollivudun 26 yaşlı aktrisası Mayki (Mikaela) Medison bu uğurundan sonra Hollivudda mövqeyini möhkəmləndirib. Məhz elə bu səbəbdən Hollivudun nəhəng kino sənayesinin iki məşhur aktyoru - Tom Kruzla Bred Pittin arasında danışılmamış rəqabət başlayıb. Hollivud mənbələrinə görə, hər iki aktyor şöhrəti artan gənc ulduzla birlikdə filmə çəkilmək fürsətini əldə verməməyə, Mayki Medisonla əməkdaşlıq etməyə çalışır. Kino insayderlər həmçinin bildiriblər ki, kino ulduzları əvvəl "Oskar" namizədi, Hollivudun ulduz kinoaktrisası Demi Mur üzərində yeni layihələr qurmağı düşünüblər, lakin tezliklə Kruz kimi Pittin də diqqəti Medisona yönəlib. İnsayderlər deyirlər ki, onlarda olan məlumata görə, Bred Pitt və Tom Kruz bu məşhur aktrisa ilə potensial əməkdaşlığı müzakirə etmək üçün hətta Mayki Medisonun komandası ilə də əlaqə saxlayıblar. "Biz yalnız onun istedadı haqqında deyil, həm də statusu barədə danışırıq. "Oskar" mükafatı hər hansı bir layihə üçün həmçinin güclü bir tramplindır" deyən mənbə bildirib ki, o, Tom Kruzun, eləcə də Bred Pittin çevrəsindəki şəxslərə, danışıqlarda iştirak edənlərə istinad edir. Bununla belə, məşhur aktyor Bred Pitt ilə müqayisədə özünü daha şanslı hesab edən, tərəf-müqabil kimi özünü daha uyğun görən Tom Kruzun fikrincə, Medison iddialı planlardan ötrü ideal ortaqdır. İnsayderlərin bildirdiyi kimi, Kruza görə, bu aktrisa çətin işə cəlb olunmaqla yanaşı, xarizmatik obrazı ilə də, şübhəsiz, valeh etməyi bacaracaq. Məhz buna görə də o, ən yaxşı aktyor ilə işləməyə layiqdir. Ancaq insayderlər Bred Pittin bu mübarizədə uduzmaq fikrində olmadığını da vurğulayıblar. Belə ki, istər kino ulduzu, istərsə də prodüser kimi Bred Pitt öz növbəsində əhəmiyyətli üstünlüyə malikdir. Pitt istehsal şirkətləri vasitəsilə bir çox perspektivli ssenarilərə namizədlər də təklif edir. İnsayderlər qeyd ediblər ki, Hollivud kino sənayesində böyük nüfuzu olan Bred Pitt heç vaxt öz təklifləri ilə daim əməkdaşlıq etdiyi kino şirkətlərini çıxılmaz durumda qoymayıb. Tom Kruzla Bred Pittin davam edən "savaşı" hələ bitməyib. Lakin digər mənbələrin və insayderlərin fikrincə, "Oskar" mükafatlı aktrisa Mayki Medison Bred Pittlə də, Tom Kruzla da eyni filmdə rol almaq şansını qazanacaq. Medianews.az

Bizə qoşulun