22.04.2025, 08:41
165 baxış
Lamiyə
Trampın Ukrayna Sülh Planının təfərrüatları məlum olub
ABŞ prezidenti Donald Trampın sülh planında atəşkəsə nəzarət etmək üçün Ukraynaya Avropa qoşunlarının yeridilməsi də daxil ola bilər.
Medianews.az xəbər verir ki, bu barədə “The New York Post” Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi nəşrə deyib ki, “müqavimət qüvvəsi ukraynalıların istədikləri təhlükəsizlik təminatlarının bir hissəsidir və ümid edirik ki, bu zəmanətləri alacaqlar”.
Əlavə tədbir kimi Ukrayna, Rusiya və NATO- nun üzvü olmayan üçüncü neytral ölkənin iştirakı ilə cəbhə xəttinə nəzarət edəcək birgə komissiyanın yaradılması da nəzərdə tutulur.
Medianews.az