Medianews.az
İrandan Azərbaycana PUA-ilə narkotik keçirilməsinin <span style=color:red>qarşısı alınıb
121 baxış

İrandan Azərbaycana PUA-ilə narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana PUA-ilə narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə Medianews.az -a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində aprel ayının 6-da Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirilmiş tədbirlər nəticəsində pilotsuz uçuş aparatı (PUA) vasitəsilə ümumi çəkisi 14 kiloqram 240 qram narkotik vasitənin (14 kq 200 qram marixuana; 40 qram metamfetamin) İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizə qoşulun