26.03.2025, 13:46
76
baxış
Nailə
"Sumqayıt Nəqliyyat"a yeni direktor təyin edilib
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Sumqayıt Nəqliyyat" MMC-yə yeni direktor təyin edilib.
Medianews.az "Report"a istinadən xəbər verir ki, bu, Rövşən Vəliyevdir.
O, şirkətin rəhbərliyində Hüseyn Rəhimovu əvəz edib.
Xatırladaq ki, "Sumqayıt Nəqliyyat" 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 manatdır.