19.03.2025, 07:05
2,114 baxış
Azad
Türkiyənin Baş Prokurorluğu açıqladı: İTTİHAM SİYAHISI
Türkiyənin Baş Prokurorluğu martın 19-u səhər həbs edilən İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun və digərlərinin nədə ittiham olunduğunu açıqlayıb.
Medianews.az xəbər verir ki, Baş Prokurorluğun açıqlamasına görə, təqsirləndirilən şəxslər PKK terror təşkilatına kömək etməkdə, cinayətkar təşkilatın idarəçisi və üzvü olmaqda, hədə-qorxu ilə pul tələb etməkdə, rüşvət almaqda, dələduzluqda, şəxsi məlumatların qanunsuz ələ keçirilməsində, tenderdə saxtakarlıq etməkdə ittiham edilirlər.
Xatırladaq ki, martın 19-da Əkrəm İmamoğlu ilə bərabər 100-dən çox şəxsə qarşı genişmiqyaslı əməliyyat başlanıb. İmamoğlu və digərləri həbs edilib, evlərində axtarış aparılıb.
“Hədə-qorxu ilə, qanunazidd addımlarla xalqı susdurmaq mümkün deyil”. Əkrəm İmamoğlu Bakı vaxtıyla saat 09:30 radələrində X sosial şəbəkəsindəki hesabında yazıb.
O bildirib ki, “təkcə İstanbulun 16 milyon sakininə deyil, Türkiyənin 86 milyon vətəndaşına və bütün dünyada demokratiya, ədalət uğrunda çarpışan hər kəsə” güvənir.
“Əsas hüquq və azadlıqlar uğrunda mübarizəmi qətiyyətlə davam etdirəcəm” – deyə İmamoğlu X hesabındakı mesajında vurğulayıb.
Medianews.az
Paylaş: