18.03.2025, 13:37
176 baxış
Lamiyə
Avtobusdan düşən gənc qızı maşın vurdu
Şamaxıda gənc qızı avtomobil vurub.
Lent.az xəbər verir ki, hadisə Məlikçobanlı kəndində qeydə alınıb.
Şamaxı rayon sakini 18 yaşlı Xəlilova Güldanə Aqşin qızı sərnişin avtobusundan düşüb yolu keçərkən avtomobil onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan zərərçəkən əvvəlcə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sonra isə Bakıdakı Kliniki Tibbi Mərkəzə göndərilib
Vəziyyətinin ağır olduğu bildirilir.