17.03.2025, 09:04
128 baxış
Lamiyə
Moskvada elektrikli skuterlər və velosipedlər yığışdırılıb
Rusiyanın paytaxtı Moskvada elektrikli skuterlər və velosipedlər yığışdırılıb.
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə paytaxtın nəqliyyat departamenti öz Telegram kanalında bildirib.
Əlverişsiz hava şəraiti ilə əlaqədar fərdi nəqliyyat vasitələrinin icarəsi dayandırılıb.
Nəqliyyat Departamenti bildirib ki, Moskvada havanın temperaturu sıfırın altına düşüb və bu, icarə operatorlarını səfərləri təxirə salmağa vadar edib. Yağış və qarda skuter və velosiped sürmək təhlükəli ola bilər.
“Şəxsi skuter və velosiped sahiblərinə bu vaxt səyahətdən çəkinmələrini və ictimai nəqliyyatdan istifadə etmələrini tövsiyə edirik”, - deyə idarədən bildirilib.
Havalar yaxşılaşanda skuterlər və velosipedlər paytaxt küçələrinə qayıdacaq.
Medianews.az
Paylaş: