Medianews.az
Qusarda mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb
141 baxış

Qusarda mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar rayonu, Zuxul kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Medianews.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Relyefin mürəkkəbliyi səbəbindən yanğın əsasən əl üsulu ilə söndürülür. Əlavə məlumat veriləcək.

Bizə qoşulun