Medianews.az
Ukrayna əhalisinin neçə faizi Zelenskiyə inanır? - <span style=color:red>Beynəlxalq Sosiologiya İnstitutu AÇIQLADI
156 baxış

Ukrayna əhalisinin neçə faizi Zelenskiyə inanır? - Beynəlxalq Sosiologiya İnstitutu AÇIQLADI

Ukrayna əhalisinin 70 faizə yaxını prezident Vladimir Zelenskiyə inanır. Medianews.az xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun yeni sorğusunun nəticələri belə göstərir. Sorğu 14 fevral-4 mart arası ölkə boyu (işğal olunmuş ərazilər xaric) 1029 respondent arasında telefonla keçirilib. Hesabata görə, 4-9 fevral arasına təsadüf eləmiş əvvəlki sorğuda prezidentə inananlar 57 faiz həddində olub. 14-28 fevral arası dövlət başçısının reytinqi 66 faizə, 1-4 mart arası 68 faizə yüksəlib. Kiyev Beynəlxalq Sosiologiya İnstitutu bildirir ki, 2024-cü ilin son ayındakı sorğuda respondentlərin 52 faizi prezidentə etimad ifadə etmişdi. 1978-ci il təvəllüdlü Vladimir Zelenski 2019-cu il prezident seçkisinə Xalq Xidmətçisi Partiyasının namizədi kimi qatılıb, ikinci turda 73,2 faiz səslə qalib gəlib. Onun səlahiyyət müddəti 2024-cü il mayın 20-də baş çatsa da, müharibə dövründə seçki keçirməmək qərarı verilib. 2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən dərhal sonra Rusiya Krım yarımadasını zəbt edib, martın 18-də bölgəni Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlara başlayıb, sentyabrın 29-da Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb. Toğrul Əli, Medianews.az

Bizə qoşulun