21.02.2025, 07:07
359 baxış
Lamiyə
Vəhşi qaban kişi və itinə HÜCUM ETDİ
Böyük Britaniyanın Dartmur Milli Parkında bir kişi iti ilə birlikdə vəhşi qabanın hücumuna məruz qalıblar.
Medianews.az xəbər verir ki, hadisədən öncə 62 yaşlı Riçard Blayt iti Beyli ilə gəzərkən qabanı görüb.
Kişi ona yaxınlaşıb şəklini çəkmək istəyib. Bu zaman başqa bir qaban ona və itinə hücum edib. Bir müddət sonra qaban uzaqlaşıb.
Blayt iti götürüb və maşına minərək parkdan çıxıb.
Medianews.az