Medianews.az-ın məlumatına görə, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı bu məsələni “Bakı-Xəbər” qəzetinə şərh edib. O deyib ki, tarixən ermənilər Azərbaycan aşıqlarının - Qərbi Azərbaycan, İrəvan aşıqlarının təsiri altında olublar: “Ancaq bu gün Ermənistanda bir aşıq belə qalmayıb, yoxdur. Azərbaycanla əlaqə kəsilən kimi aşıq sənəti və saz onlarda yoxa çıxıb. Paşinyanın məlum fikri ilə bağlı onu deyə bilərəm ki, o, əslən qərb bölgəsindəndir. Ora da Qazaxa, Tovuza yaxın olduğu üçün aşıq sənəti ona doğma gəlir. Çünki o vaxtlar Qazax, Tovuz aşıqları onların toyunu aparıb, ənənəni bilir. Mən biləni, Paşinyanın babası zurnaçı olub. O tez-tez Qazax, Tovuz toylarında çalıb. Bu səbəbdən də saz ona doğma gələ bilər. Ancaq unutmamalıdır ki, o, başqa mədəniyyətin təsiri altındadır”.
Məhərrəm Qasımlı əlavə edib ki, tarixən böyük, tanınmış sazbəndləri elə Azərbaycan torpağı yetişdirib: “Paşinyan nə qədər istəsə belə, erməni ideologiyasına aşıq sənətini daxil edə bilməyəcək. Çünki aşıq sənəti Azərbaycana məxsusdur”.
21.02.2025, 10:24
238 baxış
Azad
“Erməni aşıq sənəti”? Paşinyan yeni ideologiyanı da saxtalaşdırır
Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan bu həftə “Real Ermənistan ideologiyası” adlı layihəsini elan edib. İctimaiyyətin müzakirəsinə təqdim olunan layihə 14 bənddən ibarətdir. Bəndlərin birində Erməni xalqının milli dəyərləri sırasında “erməni aşıq sənətindən” də bəhs olunur.

Paylaş: