17.02.2025, 06:56
141 baxış
Lamiyə
Məşqçinin səhlənkarlığı ucbatından uşaq az qala boğulacaqdı
Rusiyanın paytaxtı Moskvada yeddi yaşlı uşaq məşqçinin səhlənkarlığı ucbatından az qala boğulacaqdı.
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, hadisə “Nadejda” idman kompleksinin hovuzunda baş verib.
Məşqçinin fikiri öz smartfonuna qarışıb və oğlanın suyun dibinə batdığını görməyib.
Uşaq bir neçə dəqiqə suyun altında qalıb. Onu qaçış zolağında məşq edən bir ziyarətçi çıxarıb.
Təcili yardıma uşağın atası özü zəng edib.
Zərərçəkmiş ağır vəziyyətdə reanimasiyadadır.
Valideynlər polisə şikayət edib.
Medianews.az