17.02.2025, 11:00
127
baxış
Azad
Dünyanın ən iri yeraltı termal gölü TAPILDI
Bir qrup çexiyalı tədqiqatçı Albaniyanın cənubunda, Vromoner adlanan bölgədə dünyanın ən böyük yeraltı termal gölünü kəşf edib. Alimlər bildiriblər ki, göl 100 metrlik geniş mağaranın dibindədir.
Medianews.az xəbər verir ki, uzun illərin elmi araşdırmalarından sonra, nəhayət, ekspedisiya gizli gölü tapa bilib və bu nadir təbiət hadisəsinin miqyasını təsdiqləyən dəqiq ölçmələr aparıb.
Alimlər tədqiqat aparan zaman fərqli bir mənzərənin şahidi olublar. Əhəngdaşı əmələ gəlməsindən yüksələn sıx buxar şleyfinin mövcudluğu onların təəccübünə səbəb olub. Məhz bu izlə dərinliyə gedən alimlər daha sonra kəşf etdikləri, Atmos adlandırdıqları 100 metrdən çox dərinliyi olan mağaraya gəlməklə bu termal gölü tapa biliblər. Alimlər bildiriblər ki, onlar mobil lazer skanerindən istifadə etməklə yeraltı kameranın görüntülərinə nəzər salıblar və güclü termal axına malik nəhəng bir gölün olduğunu aşkara çıxarıb, təsdiq ediblər.
Ekspedisiyanı maliyyələşdirən fondun şərəfinə yeni kəşf edilmiş qeyri-adi gölə Neuron adı verilib. Elm adamları termal göl barədə geniş məlumat da yayıblar. Bildiriblər ki, yeni kəşf olunmuş su anbarının ölçüləri belədir: uzunluğu 138,3 metr, eni 42 metr, perimetri 345 metr.
Tədqiqatçılar hələ də gölün yaşını dəqiq müəyyən edə bilmədikləri söyləyirlər.