Medianews.az
Gələcəkdə boşanmalar sürətlə artacaq - Azərbaycanda ailə modellərini kimlər dağıdır? – <span style=color:red>ARAŞDIRMA
352 baxış

Gələcəkdə boşanmalar sürətlə artacaq - Azərbaycanda ailə modellərini kimlər dağıdır? – ARAŞDIRMA

Azərbaycanda son illərdə ailə institutunda əhəmiyyətli dəyişikliklər baş verir. Günü-gündən evlənənlərin sayı azalır, boşanma hallarının isə artması davam edir. Bu tendensiya, ailə münasibətlərinə yanaşmanın dəyişməsi ilə yanaşı, həm də iqtisadi və sosial amillərlə bağlıdır. Gənclərin ailə qurmağa marağının azalması, dünyada gedən proseslər, maddi problemlər, sosial məsələlər bu tendensiyanın əsas səbəbləri sırasındadır. Ailənin mövcud roluna və funksiyasına dair yanaşmaların dəyişməsi, gənclərin ailə və evlilik məsələlərinə fərqli perspektivdən yanaşmasına səbəb olur. Bəs gənclərin ailə qurmaqdan imtina etməsinin və boşanmaların ən əsas səbəbləri nələrdir? Ölkədə boşanmların sayı niyə durmadan artır? Şamil Paşayev Mövzu ilə bağlı Medianews-a açıqlamasında hüquqşünas Şamil Paşayev bildirdi ki, boşanma hər bir ailə üçün problem hesab olunur: “İnsanlar birgə yaşaya bilmirsə, fiziki və psixoloji təzyiq altında yaşayırsa, bir-birlərinə nifrət edirlərsə, yola getməmələri cinayətə qədər gətirib çıxarırsa, bu halda ən yaxşı versiya boşanmaqdır. Güman ki, kimsə ailəsini dağıtmaq üçün xüsusi bir planla yaşamır. Təbii ki, belə planla yaşayanlar da var. Evlənirlər, uşaqları olsun, daha sonra ayrılsınlar. Amma ümumiyyətlə, insan təbiətində bir evi yıxmaq, boşanmaqla ailəni sonlandırmaq niyyəti daha azdır. Şərq cəmiyyətlərində səsləndirildiyi kimi, boşanma son deyil. Boşanma insanın məhv olması deyil. Bəlkə də boşanma başlanğıc da ola bilər. Boşanmaların çox olmasından qorxmaq lazım deyil. Cəmiyyətlər inkişaf etdikcə, qadın təhsil alması, iqtisadi müstəqillik əldə etməsi müsbət haldır. Qadın əgər ancaq yemək və barınmaq üçün ərinin söyməsinə, döyməsinə dözürdüsə artıq dözməyəcək. Gələcəkdə boşanmaların sayı daha da artacaq. Bundan isə təlaşa düşmək və ya qorxmaq lazım deyil, evlənmə varsa boşanma da var”. Belələrini uşağa SEVGİ və QAYĞI deyil, PUL düşündürür" - Psixoloq “Mehnur”  loqoped mərkəzindəki olaydan danışdı Psixoloq Gülnar Həmidova boşanmaların cəmiyyətə, yeni evlənən cütlüklərə psixoloji təsirlərindən, o cümlədən səbəblərindən danışıb: “Boşanmanın psixoloji səbəbləri çoxşaxəli və mürəkkəbdir. Hər bir münasibət fərqlidir, lakin ümumi səbəblər çoxdur. Partnyorlar arasında emosional bağın zəifləməsi, hisslərin və fikirlərin düzgün ifadə olunmaması, münaqişələrin həll olunmaması və yığılıb qalması, güvənin sarsılması, (məsələn, yalan, xəyanət və ya etibarsız davranışlar) həyat dəyərlərinin və məqsədlərinin zamanla fərqlənməsi, ailə və ya sosial mühitdən gələn təzyiqlər, fiziki, emosional və ya psixoloji zorakılıqlar kimi səbəbləri saya bilərəm”. Xanım psixoloq dedi ki, son 3-4 ildə seanslar keçdiyimiz uşaqların 70-80 faizi boşanmış, natamam ailələrin övladlarıdır: “Boşanmaların əsas səbələrindən biri də sosial mediadan, telefondan düzgün istifadə olunmamasıdır. Cütlükülər bir-biri ilə ünsiyyəti telefonla qururlar. Belə olan halda zamanla aralarındakı ünsiyyət soyuyur, demək olar ki, kəsilir. Ailələrdə belə problemlər olanda da boşanmaya gedirlər. Bu yaxınlarda bir hadisə ilə qarşılaşdım. Bir pasiyent vardı dedi ki, problemimlə bağlı süni intellektə müraciət etdim. Süni intellekt də problemlərimi mənə qeyd etdikdən sonra həll yolu kimi boşanmağı məsləhət gördü. Bundan sonra psixoloqa müraciət ediblər. O ailə süni intellektə inansaydı, boşanacaqdılar”. “Heydər” məscidinin imamı, ilahiyyatçı Rüfət Qarayevin sözlərinə görə, boşanma məsələsi dinimizdə bəyənilməyən əməllərdəndir: “Hətta yeganə işdir ki, Allah olmasına icazə verir. Amma boşanma həyata keçdiyi zaman Allahın ərşi titrəyər. Digər tərəfdən boşanmaların səbəbinə gəldikdə, bu gün cəmiyyətimizdə insanların milli-mənəvi dəyərlərdən, dindən, Qurani-kərimdən, peyğəmbərimizin hədislərindən, əhli-beytin həyatından uzaq düşmələri bu kimi məsələlərin çoxalmasına səbəb olur. Quranda buyurulur ki, qadın və kişi bir-birinin libasıdır, örtüyüdür. Ailə bir-birinə möhtac olan deməkdir. Yəni bir vücudun iki ayağı kimi. Əgər biz insan, qul haqlarına riayət etmiş olsaq, görərik ki, kişinin üzərində qadının müəyyən haqları var. Bu haqlara riyayət etmədiyimiz zaman axirətdə hesab verəcəyimizi düşünsək, bu zaman ailə daxilində münasibətlər daha diqqətlə, məsuliyyətlə qorunmuş olar. Əfsuslar olsun ki, insanlar həyatın ancaq dünyadan ibarət olduğunu düşünürlər”. İlahiyyatçı qeyd etdi ki, kişi qadına səbr edərsə mütləq mənada axirətdə mükafatı vardır: “Əksi də belədir ki, qadın kişiyə səbr edərsə axirətdə böyük mükafatı vardır. İnsanın axirətə inancı zəif olanda, alacağı mükafatı deyil, ailəni sonlandırır, ya da dözülməz olanda inithara əl atır. Və yaxud da həyat yoldaşından ayrılıb, “mən niyə həyat yoldaşımın himayəsi altında olmalıyam”, “ona tabe olmalıyam” deyib, boşanıb müstəqil həyatına davam edir. Boşanmaların köklü və əsas səbəbində din, iman amilidir. Son olaraq, gənclərə tövsiyəm odur ki, ailələrinin qədrini bilsinlər, həyat, yaşamaq ailə ilə gözəldir. Çünki ailə böyük bir nemətdir. Bu neməti də qorumaq insan üçün böyük bir məsuliyyətdir. Bu məsuliyyətə də ciddi yanaşmaq hər birimizin başlıca vəzifələrindəndir”. Oğuz Ayvaz Medianews.az

Bizə qoşulun