Medianews.az
Ən xoşbəxt olduğumuz gün və saat – <span style=color:red> Alimlər AÇIQLADI
165 baxış

Ən xoşbəxt olduğumuz gün və saat – Alimlər AÇIQLADI

Böyük Britaniyada aparılan hərtərəfli araşdırmaya görə, səhər saatları insanların ən yaxşı əhval-ruhiyyədə olduğu vaxt dövrü kimi önə çıxır. Medianews.az xarici mediaya istinadən xəbər verir ki, London Universitet Kolleci tərəfindən aparılan araşdırma, fərdlərin səhərlər özlərini daha xoşbəxt hiss etdiklərini, lakin gecə yarısına doğru onların əhval-ruhiyyəsinin mənfiyə doğru dəyişdiyini müəyyən edib. 2020-ci ilin martından 2022-ci ilin martına qədər həyata keçirilən UCL Covid-19 Sosial Tədqiqatının bir hissəsi olaraq, 49,218 böyükləri əhatə edən bir milyona yaxın sorğu cavabı təhlil edilib. Araşdırma fərdlərin səhər saatlarında daha optimist olduqlarını və gecə yarısı yaxınlaşdıqca əhvallarının əhəmiyyətli dərəcədə aşağı düşdüyünü müəyyən edib. Mütəxəssislər, iş günləri və fəsillərin də xoşbəxtlik səviyyəsinə təsir etdiyini qeyd ediblər. Tapıntılara görə, çərşənbə axşamı və yay ayları insanların özlərini ən yaxşı hiss etdiyi dövrlər sırasındadır. Digər tərəfdən, əhval-ruhiyyənin dəyişməsi həftə sonları daha çox olub, iş günlərində isə daha sabit əhval-ruhiyyə müşahidə olunub. Araşdırmada depressiya və narahatlıq əlamətləri, xoşbəxtlik, həyatdan məmnunluq, həyatın mənası hissi və təklik kimi faktorlar araşdırılıb. İştirakçılara “Keçən həftə özünüzü necə xoşbəxt hiss etdiniz?”, “Həyatınızdan nə dərəcədə razısınız?” , "Həyatınızda etdiyiniz şeylərin nə qədər dəyərli olduğunu düşünürsünüz?" kimi suallar verilib. Nəticələr bazar ertəsi və cümə günlərinin xoşbəxtlik səviyyəsinin bazar günlərinə nisbətən daha yüksək olduğunu, xüsusilə çərşənbə axşamının ən xoşbəxt günlər arasında olduğunu ortaya qoyub. Ancaq tənhalıq hissinin həftənin günlərinə görə heç bir ciddi dəyişiklik göstərmədiyi müəyyən edilib. Alimlər bildirirlər ki, gün ərzində əhval dəyişikliyi bədən saatı ilə bağlı fizioloji faktorlarla əlaqəli ola bilər. Məsələn, əhval-ruhiyyəni, motivasiyanı və qorxunu tənzimləyən kortizol hormonu yuxudan oyandıqdan qısa müddət sonra ən yüksək səviyyəyə çatır və gün irəlilədikcə azalır, gecə isə ən aşağı səviyyəyə çatır. Həftə içi və həftə sonları arasındakı fərqlər gündəlik iş rejiminin dəyişməsi ilə bağlı ola bilər. Həftə ərzində daha nizamlı bir həyat sürsək də, həftə sonları vərdişləri dəyişmək əhvalımıza təsir edə bilər. Həkim  Feifei Bu, araşdırmanın əhəmiyyətli nəticələri olduğunu söyləyib: "Tapıntılarımız göstərir ki, psixi sağlamlıq və rifah səhər saatlarında daha yaxşı olur və gecə yarısına doğru daha da pisləşir. Buna görə də ruh sağlamlığına dəstək xidmətləri gün ərzində dəyişən ehtiyaclara uyğun olaraq öz qaynaqlarını tənzimləyə bilir. Xüsusilə gecə gec saatlarda daha çox əlçatanlıq təmin edilə bilər." Bu araşdırma fərdlərə gündəlik əhval-ruhiyyələri ilə bağlı daha şüurlu davranmağa imkan verir və psixi sağlamlıq xidmətləri üçün vacib ipuçları verir.

Bizə qoşulun