Medianews.az
Mbappe Ronaldonun “Real”dakı <span style=color:red>uğurunu təkrarladı
271 baxış

Mbappe Ronaldonun “Real”dakı uğurunu təkrarladı

“Real”ın hücumçusu Kilian Mbappe Madrid klubunda ilk het-trikinə imza atıb. Lent.az-ın məlumatına görə, o, bunu İspaniya çempionatının 21-ci turunun “Valyadolid”lə oyununda (3:0) bacarıb. Bildirilir ki, Mbappe ilk het-trikə imza atmaqla “Real” tarixində dördüncü olub. Buna nail olmaq üçün fransız hücumçuya 19 oyun lazım olub. Braziliyalı Ronaldoya İspaniya çempionatında “Real” üçün ilk het-trikini vurmaq üçün eyni sayda oyun lazım idi. Emmanuel Adebayor (14 oyun), Qaret Beyl (9 oyun) və Ruud van Nistelroy (2 oyun) ilk het-triklərini daha tez vurublar.

Bizə qoşulun