Medianews.az
Səma gözəllərinin PARADI: <span style=color:red>43 il əvvəlki hadisə YENİDƏN TƏKRARLANIR - FOTO
211 baxış

Səma gözəllərinin PARADI: 43 il əvvəlki hadisə YENİDƏN TƏKRARLANIR - FOTO

Romantik olub-olmamasına baxmayaraq, hamının göylərlə işi, əlaqəsi var. Kimisi yalvarıb göylərdən, orada oturan kişidən nə isə umur, kimisi sirli-sehrli ulduzlar kəhkəşanında qeyri-adi nə isə axtarır, kimisi Aya üzünü tutaraq pıçıldayır və uzaq eldəki sevgilisinə bu sözləri, onun istəyini çatdırmağı xahiş edir, kimisi dünyadan köçənlərinin ruhunu aramaq, kimisi də Yaradanla ünsiyyətə cəhd etmək üzrə çaba göstərir... İndi həm romantiklərə, həm də realistlərə əla bir fürsət yaranıb. Bildiyiniz kimi, yanvarın 21-də nadir astronomik hadisə yenidən təkrarlanacaq! Belə ki, Günəş batandan 1-2 saat sonra səmada 6 planetdən ibarət planetlər paradı düzənlənəcək. Qərbdən Şərqə doğru planetlər ardıcıllıqla belə düzüləcəklər; Saturn, Venera, Neptun, Uran, Yupiter və Mars. Doğrudur, bu məqamda Uran və Neptunu durbin və ya teleskopla görmək mümkün olar. Saturn, Venera, Yupiter, Mars isə adi gözlə görünəcək. Planetlərin ən böyük paradı isə fevralın 28-də düzənlənəcək. Belə ki, Merkuri də özünü yetirib, onların sırasına qatılacaq. Sıralama Qərbdən Şərqə; Saturn, Merkuri, Neptun, Venera, Uran, Yupiter və qədim əfsanələrdə müharibə allahı, yaxud onun məkanı kimi tanınan qonşumuz Mars olacaqdır. Axırıncı dəfə avqustun 11-də səhərə yaxın planetlər öz birgəliklərini bizə nümayiş etdirəcəklər. Ardıcıllıq belə olacaq; Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptun. Bundan əvvəl planetlərin paradı 1982-ci ilin 10 martında olmuşdu. İndi isə bəxtimizdən il ərzində bu parad 3 dəfə olacaq. Ara günlərdə də görmək olar, amma qeyd olunan günlər qədər effektiv və nizamlı olmayacaq. Bəxtimizə düşüb, imkan olsa baxın. Bir də ya qismət... Lakin bu, elə anlaşılmasın ki, o planetlər göydə yanaşı duracaqlar, yaxud bizə özlərini göstərmək üçün parad düzənləyəcəklər. Yox, onların hər biri öz orbitlərindədirlər. Sadəcə həmin vaxtda bizim evimiz Yer planeti elə səmtdə olacaq ki, o planetlər ardıcıl görünəcək. Bu dünyada çox şeylər onsuz da illüziya deyilmi? Mahir BAYRAM

Bizə qoşulun