Medianews.az
Olavio Juninyo "Qarabağ"dan <span style=color:red>ayrıldı
198 baxış

Olavio Juninyo "Qarabağ"dan ayrıldı

"Qarabağ"ın futbolçusu Olavio Juninyo "Flamenqo" ilə müqavilə imzalamaq üçün Braziliyaya yollanıb. Oxu.Az xəbər verir ki, bunu Rio-de-Janeyro təmsilçisinin futbol direktoru Joze Boto açıqlayıb. O bildirib ki, 28 yaşlı hücumçunun keçidi ilə bağlı razılıq əldə olunub: "Juninyo yalnız tibbi müayinədən keçdikdən və müqavilə imzaladıqdan sonra bizim futbolçu olacaq. Bu isə hələ baş verməyib". Klub rəsmisi qeyd edib ki, Juninyo bu gün Rio-de-Janeyroda olacaq. O, tibbi müayinədən sonra müqavilə imzalayacaq. Qeyd edək ki, "Flamenqo" hazırda ABŞ-da təlim-məşq toplanışındadır. Juninyo müqavilə imzaladıqdan sonra komandanın düşərgəsinə yollanmalıdır.

Bizə qoşulun