Medianews.az
"Barselona" Reşfordu bu şərtlə <span style=color:red>almaq istəyir
212 baxış

"Barselona" Reşfordu bu şərtlə almaq istəyir

Kataloniya "Barselona"sı maaşında azalma şərti ilə "Mançester Yunayted"in hücumçusu Markus Reşfordu transfer edə bilər. Medianews.az Lent.az-a istinadən  xəbər verir ki, bu barədə İspaniyanın “Sport.es” nəşri məlumat yayıb. Məlumata görə, Kataloniya klubunun rəhbərliyi maaşı iki dəfə azaldılacağı təqdirdə ingilis futbolçuya müqavilə təklif etməyə hazırdır. Qeyd edək ki, "Barselona" hələlik bununla bağlı aktiv hərəkətə keçməyib. Xatırladaq ki, “qırmızı şeytanlar” hücumçunu artıq bu qış transfer pəncərəsində satmaq istəyir. Maraqlıdır ki, Reşford son üç oyunda “Mançester Yunayted”in heyətində yer almayıb.

Bizə qoşulun