Medianews.az
Orban Putin haqqında <span style=color:red> bunları dedi
201 baxış

Orban Putin haqqında bunları dedi

“Macarıstan Rusiya prezidenti Vladimir Putinə vicdanlı tərəfdaş kimi baxır və Rusiya ilə əlaqələrin genişləndirilməsində maraqlıdır” Medianews.az “Moskovski komsomolets”ə istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib. O qeyd edib ki, hər bir ölkənin ağıllı xarici siyasəti dostluq əlaqələri yaratmaqdır. “Türkiyə prezidenti bizim dostumuzdur, Rusiya prezidenti bizim dürüst tərəfdaşımızdır, İsrailin baş naziri bizim yaxşı dostumuzdur” – deyə Orban bildirib. Onun sözlərinə görə, müxtəlif ölkələrlə münasibətlərdə tarazlığı saxlamaq asan məsələ deyil, lakin bunu etmək olar. Heç bir ölkənin bu balansdan kənara çıxmaması və dövlətlər arasında münaqişələrin onların Macarıstanla əlaqələrinə təsir etməməsi üçün diqqətli olmaq lazımdır.

Bizə qoşulun