Medianews.az
"Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək
147 baxış

"Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək

Bu gün futbol üzrə Misli Premyer Liqasında 2024-cü ilin sonuncu oyunları keçiriləcək. Medianews.az-ın məlumatına görə, XVIII tura iki qarşılaşma ilə yekun vurulacaq. İlk olaraq "Şamaxı" "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi 14 xalla 8-ci, qonaqlar 26 xalla 5-ci pillədə qərarlaşıb. Tura "Qarabağ" - "Araz-Naxçıvan" görüşü ilə yekun vurulacaq. Lider "Qarabağ"ın 44, ikinci sıradakı Naxçıvan klubunun 39 xalı var. Misli Premyer Liqası II dövrə, XVIII tur 22 dekabr 14:00. "Şamaxı" - "Sabah" Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əli Əliyev. VAR: Rəşad Əhmədov. AVAR: Vüsal Məmmədov. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Anar Şıxəliyev. Şamaxı şəhər stadionu 16:30. "Qarabağ" - "Araz-Naxçıvan" Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov. VAR: Rauf Cabarov. AVAR: Akif Əmirəli. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Eldəniz Musayev. Tofiq Bəhramov adına Respublika stadionu Qeyd edək ki, XVIII turun əvvəlki matçlarında "Zirə" səfərdə "Səbail"i məğlub edib - 1:0. "Turan Tovuz" - "Neftçi" oyununda qalib müəyyənləşməyib - 1:1. "Kəpəz" - "Sumqayıt" qarşılaşmasında isə qapılara qol vurulmayıb.

Bizə qoşulun