Medianews.az
Tramp: "Zelenski razılaşmaya hazır olmalıdır"
145 baxış

Tramp: "Zelenski razılaşmaya hazır olmalıdır"

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin Ukraynadakı münaqişəyə son qoymaq üçün razılaşmaya hazır olmasının vacibliyini bəyan edib. Medianews.az oxu.az-a istinadla xəbər verir ki, dövlət başçısının çıxışından TASS sitat gətirib. "O, (Zelenski - red.) razılığa gəlməyə hazır olmalıdır. Bu, sondur. Həddindən artıq çox insan ölür. Bu, müharibədir və çoxlu insan ölür. Biz razılaşma əldə etməliyik", - Tramp Floridadakı mətbuat konfransında bildirib. O qeyd edib ki, müqavilənin digər tərəfi Rusiya Federasiyası olmalıdır. Trampın sözlərinə görə, o, Ukraynada nizamlanma üçün Putinlə əlaqə saxlamaq niyyətindədir.

Bizə qoşulun