Medianews.az
Zaqatalada məktəb PROBLEMİ: <span style=color:red>Şagirdlərin qarşısına İLANLAR ÇIXIR - VİDEO
194 baxış

Zaqatalada məktəb PROBLEMİ: Şagirdlərin qarşısına İLANLAR ÇIXIR - VİDEO

Zaqatalanın Kəpənəkçi kənd orta məktəbi yararsız vəziyyətdədir. Medianews.az Xezerxeber.az-a istinadən məlumat verir ki, ötən əsrin 60-cı illərində 8 illik məktəb kimi istifadəyə verilən binanın təmirə ehtiyacı var. Məktəbdə şagirdlər sınıq pəncərələri olan siniflərdə dərs keçirlər. Burada döşəmə, tavan və qapı-pəncərələr yararsız haldadır. 1 000 nəfərdən çox əhalisi olan kənd məktəbində 170 şagird təhsil alır və 30-a yaxın müəllim çalışır. Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, Kəpənəkçi kənd tam orta məktəbinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə aidiyyəti üzrə müraciət edilib. Həmçinin, qeyd edilib ki, təhsil müəsisələrinin təmiri və tikintisi növbəlilik əsasında həyata keçirilir. Ətraflı süjetdə:

Bizə qoşulun