05.12.2024, 10:35
122 baxış
Lamiyə
Təsadüfən dostunu GÜLLƏLƏDİ
Rusiyada kişi təsadüfən dostunu güllələyib.
Medianews.az “Moskovski komsomolets”ə istinadən xəbər verir ki, hadisə dekabrın 1-də baş verib.
Məlumata görə, üç dost gecə sərxoş olub tapança ilə atəş açmaq qərarına gəliblər. Onlar zarafat edərək silah uğrunda mübarizə aparıblar.
Onlardan ikisi kimin ilk atəş açacağına öz aralarında qərar veriblər. Bu zaman onlardan biri tətiyi çəkib.
Güllə qurbanın döş qəfəsinə dəyib. Nəticədə o, hadisə yerində ölüb.
Onun yoldaşları təcili yardım və hüquq-mühafizə orqanlarının əməkdaşlarını çağırıb.
Hazırda faktla bağlı cinayət işi başlanılıb.