03.12.2024, 07:13
123 baxış
Lamiyə
Moskvada avtobus və 16 minik avtomobillə toqquşdu
Rusyanın paytaxtı olan Moskvanın şimalında, Xoroşevski rayonunda avtobus və 16 minik avtomobillə toqquşub.
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbə məlumat verib.
İlkin məlumata görə, kütləvi qəza nəticəsində xəsarət alan olmayıb. Altı zolaqdan üçünün mərkəzə doğru bağlanması lazım olub.
Moskva Nəqliyyat Departamenti hələlik vəziyyəti şərh etməyib.