18.10.2024, 10:03
116 baxış
Lamiyə
Tramp etiraf etdi, Medvedev təriflədi
Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-nin keçmiş prezidenti Donald Trampı Rusiya Federasiyası və Ukrayna arasında münaqişəni müzakirə edərkən etdiyi bir etirafa görə tərifləyib.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, rusiyalı siyasətçi öz şərhini Telegram-da dərc edib.
Medvedev qeyd edib ki, keçmiş Amerika lideri Ukraynadakı münaqişəyə görə ölkə prezidenti Volodimir Zelenskinin məsuliyyət daşıması ilə razılaşıb.
“Tramp Qərbdən qidalanan və bütün legitimliyini itirmiş çirkli yaşıl narkotik zibilinin Rusiya ilə Ukrayna arasındakı hərbi münaqişəyə görə birbaşa cavabdeh olduğunu etiraf edən ilk ABŞ prezidenti və prezidentliyə namizəd oldu", - deyə Rusiyanın eks-prezidenti yazıb.
Medvedevin sözlərinə görə, Trampın bu bəyanatı ABŞ-ın mövqeyində heç nəyə təsir etməyəcək. Bununla belə, bu cür işlər gələcək üçün vacibdir.