İspaniya millisinin hücumçusu Lamin Yamal Dünya Çempionatının dörddəbir final mərhələsində Belçika yığmasına qarşı keçiriləcək oyun barədə fikirlərini bölüşüb.
Medianews.az xəbər verir ki, gənc ulduz rəqib komandanın qapıçısı Tibo Kurtuanın ustalığını yüksək qiymətləndirib.
Buna baxmayaraq, Yamal hədəfinin yalnız qələbə olduğunu vurğulayıb: "Tibo Kurtua dünyanın ən yaxşı qapıçılarından biridir. O, meydanda mənim işimi çətinləşdirəcək, amma… Həmişə olduğu kimi, mən yenə də qalib gəlmək istəyirəm!"
Medianews.az