11.10.2024, 08:18
103 baxış
Lamiyə
2 ildən sonra robotaksilərin satışına başlanılacaq?
“Teslanın tam avtonom avtomobili, robotaksi (Cybercab) adlanan avtomobilin satışı 2026-cı ildə başlaya bilər”
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri İlon Mask Kaliforniyada keçirilən təqdimatda danışıb.
İş adamı zamanla bağlı bir qədər optimist ola biləcəyini etiraf edib, ona görə də 2027-ci ilə qədər deməyin daha doğru olacağını qeyd edib.
Tədbirdə yalnız robotaksi prototipi təqdim edilib. O, yeni məhsulun dəyərini 30 min dollardan çox olmayan bir mil üçün 20 sent əməliyyat xərcləri ilə təyin edib.
Həmçinin “Biz, Robot” adlı tədbirdə 20 nəfərə qədər adam daşıya bilən robovanın futuristik konsepsiyasını nümayiş etdirilib. Onun istehsalına başlanılması üçün mümkün tarixlər göstərilməyib.