Medianews.az
Tramp Putin haqqında
169 baxış

Tramp Putin haqqında

Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti və indiki dövlət başçısı vəzifəsinə namizəd Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə həmişə yaxşı anlaşdığını deyib. Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, o, bu barədə  "Amerikanı xilas et" adlı kitabında danışıb. Sözügedən kitab sentyabrın 3-də işıq üzü görəcək. “Vladimir Putin güclü insandır, lakin biz qarşılıqlı anlaşmaya malik idik və yaxşı anlaşdıq!” , - deyə Tramp bildirib. Tramp həmçinin yazıb ki, o zaman ABŞ prezidenti vəzifəsini icra etsəydi, Rusiya heç bir halda Ukraynada xüsusi əməliyyat keçirməzdi. Medianews.az

Bizə qoşulun