Medianews.az
“Qarabağ” “Dinamo”ya qarşı
116 baxış

“Qarabağ” “Dinamo”ya qarşı

Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq. “Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi Zaqreb “Dinamo”su (Xorvatiya) ilə Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşacaq. Görüş saat 20:45-də başlayacaq. Oyunu ingiltərəli tanınmış referi Maykl Oliver idarə edəcək. Bu komadalar arasında ilk matçda “Dinamo” 3:0 hesabı ilə qalib gəlib. “Qarabağ” ÇL-in pley-offuna yüksəlməklə artıq Avropa Liqasının liqa mərhələsinə vəsiqəni təmin edib. Bununla da Qurban Qurbanovun komandası ardıcıl 11-ci dəfə avrokubokların əsas mərhələsində iştirakı təmin edib. Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları  28 avqust, 20:45 “Qarabağ” (Azərbaycan) – “Dinamo” (Zaqreb, Xorvatiya) Hakimlər: Maykl Oliver, Stuart Burt, Lee Betts, Kris Kavanaq (İngiltərə) İlk oyun - 0:3

Bizə qoşulun